Hər il 4 milyonadək uşaq bronxial astmaya yoluxur


Digərləri 03 Sen 2019 22:02:00 217 0

Hər il 4 milyonadək uşaq bronxial astmaya yoluxur

Atmosferin müxtəlif zərərli tullantılarla çirklənməsi hər il dünyada 4 milyon uşağın bronxial astmaya yoluxmasına yol açır.

Son.az Trend-ə istinadən bildirir ki, ABŞ-ın Corc Vaşinqton Universitetinin mütəxəssisləri bu qənaətə gəlib.

Qeyd olunur ki, bu rəqəm ümumilikdə bronxial astma yoluxma hallarının 20 faizini təşkil edir.

Müşahidələr nəticəsində məlum olub ki, Şanxay şəhərində bronxial astmadan əziyyət çəkən uşaqların 50 faizə yaxını avtomobillərin havaya buraxdığı maddələrin təsirindən xəstələnib.