Yeniyetmə bir ailəni qətlə yetirdi


Dünya 03 Sen 2019 19:30:00 219 0

Yeniyetmə bir ailəni qətlə yetirdi

ABŞ-da yeniyetmə ailə üzvlərini güllələyib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Alabama ştatının Elkmon şəhərində baş verib.

Hadisəni törədən 14 yaşlı oğlan polis tərəfindən saxlanılıb. Cinayətini etiraf edən yeniyetmə ailə üzvlərini öldürdüyü 9 mm tapançanın tapılmasında da polisə kömək edib.

Polis hadisə yerindən üç nəfərin cəsədini tapıb. İki nəfər isə ağır vəziyyətdə xəstəxanaya çatıdırlsa da, orada vəfat edib.