“Milan”la “Ayntraxt” hücumçularını dəyişdi


Digərləri 03 Sen 2019 19:19:26 218 0

“Milan”la “Ayntraxt” hücumçularını dəyişdi

“Milan” heyətinə yeni futbolçu cəlb edib.

Bakı. “Milan” heyətinə yeni futbolçu cəlb edib. Trend-in məlumatına görə, “Rassonyerlər” “Ayntraxt”ın hücumçusu Ante Rebiçi icarəyə götürüb. İtaliya klubu Xorvatiya millisinin üzvünü transfer etmək hüququna da yiyələnib. “Milan” Rebiçin əvəzində Frankfurt təmsilçisinə Andre Sivanı verib. Portuqaliyalı hücumçu da yeni kubunda icarə əsasında çıxış edəcək. Hər iki futboçunun icarə müqaviləsi 2021-ci ilin yayına qədərdir. Rebiç ötən mövsüm Bundesliqada 28 oyuna 9 qol vurub. Andre Silva isə son mövsümü icarə əsasında keçirdiyi “Sevilya”da 27 matça 9 dəfə rəqib qapılarına yol tapıb.