Rohinca müsəlmanlarına mobil telefonlardan istifadə qadağan olundu


Digərləri 03 Sen 2019 17:32:33 207 0

Rohinca müsəlmanlarına mobil telefonlardan istifadə qadağan olundu

Banqladeş hökuməti ölkədə məskunlaşmış Rohinca qaçqınlarına mobil rabitə xidmətlərinin göstərilməsini qadağan edib

Bakı. Banqladeş hökuməti ölkədə məskunlaşmış Rohinca qaçqınlarına mobil rabitə xidmətlərinin göstərilməsini qadağan edib. Trend-in məlumatına görə, mobil operatorlara Banqladeşin cənub-şərqindəki qaçqın düşərgələrinə göstərilən xidməti 7 gün ərzində dayandırmaq tapşırılıb. Qeyd olunur ki, qərar təhlükəsizlik məqsədləri ilə bağlı qəbul edilib. Banqladeş polisi bildirib ki, uzun müddət ərzində qaçqın Rohinca müsəlmanları mobil rabitədən sui-istifadə edərək cinayətlər törədib.