Sabirabadda iki "KamAZ" toqquşdu,


Digərləri 03 Sen 2019 16:49:00 251 0

Sabirabadda iki "KamAZ" toqquşdu,

Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, sentyabrın 2-də saat 18 radələrində Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində rayon sakini Qədir Səmədovun və Ağcabədi rayon sakini İlyas Həmidovun idarə etdikləri 2 "KamAZ" markalı avtomobil toqquşub. Nəticədə hər iki sürücü xəstəxanaya yerləşdirilib, Q.Səmədov orada ölüb.