Bakıda kanalizasiya kollektorunda qəza Hərəkət məhdudlaşdı


Digərləri 03 Sen 2019 15:33:00 187 0

Bakıda kanalizasiya kollektorunda qəza  Hərəkət məhdudlaşdı

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Natavan küçəsində (Biləcəri əyləncə parkının yaxınlığı) yolun altından keçən və "Azərsu" ASC-nə məxsus kanalizasiya kollektorunda qəza baş verib və nəticədə yolun həmin hissəsində asfalt-beton örtükdə dağılmalar və çökmə qeydə alınıb.

"Azərbaycan Avtomobil Yollları" Dövlət Agentliyindən Son.az-a verilən məlumata görə, baş vermiş qəzanın aradan qaldırılması üçün ərazidə qazıntı-bərpa işləri aparılır.

Sürücülərdən qeyd olunan ünvanda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.