Sabirabadda iki "KamAZ" toqquşdu, sürücülərdən biri öldü


Digərləri 03 Sen 2019 16:24:43 198 0

Sabirabadda iki "KamAZ" toqquşdu, sürücülərdən biri öldü

Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 2-də saat 18 radələrində Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində rayon sakini Qədir Səmədovun və Ağcabədi rayon sakini İlyas Həmidovun idarə etdikləri 2 “KamAZ” markalı avtomobil toqquşub. Nəticədə hər iki sürücü xəstəxanaya yerləşdirilib, Q.Səmədov orada ölüb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin