İran yardım olaraq verilən 3 milyon avrodan istifadə edə bilmir - SƏBƏB?


Digərləri 03 Sen 2019 16:01:00 197 0

İran yardım olaraq verilən 3 milyon avrodan istifadə edə bilmir - SƏBƏB?

İran başqa ölkələrin İranda seldən zərərçəkənlərə 3 milyon avroluq maliyyə yardımından istifadə edə bilmir.

Bakı. Elnur Bağışov - İran başqa ölkələrin İranda seldən zərərçəkənlərə 3 milyon avroluq maliyyə yardımından istifadə edə bilmir. Trend-in məlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Əli Əsğər Peyvəndi deyib. Ə.Peyvəndinin sözlərinə görə, həmin vəsait Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Federasiyasının hesabındadır: "ABŞ-ın İrana qarşı sanksiyalarına görə, İranın Qırmızı Aypara Cəmiyyətinin valyuta hesabı bağlanıb".