"Unibank"ın "Albalı Plus" kartları yeniləndi


Digərləri 03 Sen 2019 15:55:22 286 0

"Unibank"ın "Albalı Plus" kartları yeniləndi

Həm dizayn, həm də məhsul tipinə görə dəyişdirilən kartlar, müştərilərin istəyinə uyğun olaraq daha da təkmilləşdirilib

Bakı. “Unibank”ın Albalı Plus kartları tamamilə yenilənib. Həm dizayn, həm də məhsul tipinə görə dəyişdirilən kartlar, müştərilərin istəyinə uyğun olaraq daha da təkmilləşdirilib. “Unibank”dan Trend-ə verilən məlumata görə, yeni Albalı Plus kart məhsullarının hamısı contactless funksiyalıdır və daha keyfiyyətli plastikdə çap edilib. Albalı Plus debet kartlarında daha bir yenilik isə müştərinin istəyinə uyğun olaraq istər MasterCard, istərsə də Visa ödəniş sistemli kart almaq imkanının olmasıdır. Yeni Albalı Plus debet kartı xüsusi üstünlüklərə malikdir: Contactless funksiyası (50 AZN-dək təmassız ödəniş imkanı); 30%-dək cashbak ; Kartda qalıq məbləğə (AZN-də 3%, USD-də 1% ) illik gəlir; Unibank bankomatlarında komissiyasız nağdlaşdırma; Milli Ön, E-manat və ya Unibank terminallarında 7/24 onlayn mədaxil imkanı. Kartın şərtləri: Qiyməti – 10 AZN(və ekvivalenti) Müddəti – 3 il Kart AZN/USD/EUR/GBP valyutalarında sifariş oluna bilər Onlayn ödənişlərdə 3D secure xidməti Sadəcə şəxsiyyət vəsiqənizlə sizə yaxın Unibank filialına yaxınlaşaraq, Albalı Plus debet kartı sifariş edə bilərsiniz.