"Toydakı qazancla heç nə etmək olmur"
Şou-biznes 03 Sen 2019 14:24:00 199 1
Müğənni Elvin Abdullayev "5/5" verilişinin qonağı olub.
Son.az axşam.az-a istinadən bildirir ki, sənətçi toy gəlirindən danışıb. O, aparıcı Zaur Kamalın "Ev-eşik, maşın - heç biri toydan qazanılanlarla deyil. Deyirlər ki, bu gəlirlər başqa işdəndir" sözlərinə belə cavab verib:
"Bir bağ evi tikirdim, yarımçıq qalıb. Hələ də tamamlaya bilmirəm. Bizim böyük gəlirimiz yoxdur. Toydan qazandıqlarımızla böyük işlər edə bilmərik.
Böyük biznes də yoxdur. Ona görə də var-dövləti toyla yığmırlar".
Mənbə: milli.az