Direktor müavinlərinin işə qəbulu üçün müsahibə keçirilir FOTO


Digərləri 03 Sen 2019 13:03:00 256 0

Direktor müavinlərinin işə qəbulu üçün müsahibə keçirilir  FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini və tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifələri üzrə işə qəbul üzrə elan edilmiş müsabiqənin müsahibə mərhələsi keçirilir.

Son.az xəbər verir ki, İdarədən Trend-ə verilən məlumata görə, təlim-tərbiyə işləri üzrə direktor müavini və tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifələrində çalışmaq istəyən namizədlər üçün müsahibə sentyabrın 6-da başa çatacaq.

Ümumilikdə, işə qəbul üzrə müsabiqənin vakansiya mərhələsində müvafiq yerlər üzrə seçim etmiş 488 nəfər müsahibəyə dəvət olunub. Onlardan 92-si təlim-tərbiyə işləri üzrə direktor müavini, 47-si tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), 21-i gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, 32-si psixoloq, 46-sı uşaq birliyi təşkilatı rəhbəri, 219-u laborant, 31-i kitabxanaçı olmaq istəyən şəxslərdir.

Müsabiqənin müsahibə mərhələsindən uğurla keçən namizədlər müvafiq vəzifələr üzrə təyinat alacaq.