Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Qubada vətəndaşları qəbul edəcək


Digərləri 03 Sen 2019 10:53:00 209 0

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Qubada vətəndaşları qəbul edəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Quba rayonunda, müavinləri Qusar və Xaçmaz rayonlarında vətəndaşlarla görüşəcəklər

Bakı. Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq sentyabrın 20-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Quba rayonunda vətəndaşları fərdi qaydada qəbul edəcək. Trend-in məlumatına görə, həmin gün Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavinləri Anar Kərimov Xaçmaz rayonunda və Mətin Kərimli Qusar rayonunda vətəndaşlarla görüşəcəklər. Vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya, aktiv məşğulluq tədbirlərinə cəlb edilmə və s.) dair müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.