6 illik münasibətləri evliliklə bitdi FOTO


Digərləri 03 Sen 2019 09:55:00 246 0

6 illik münasibətləri evliliklə bitdi  FOTO

32 yaşlı amerikalı aktyor Maylz Teller 26 yaşlı model Kelli Sperri ilə ailə həyatı qurub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, cütlük altı illik münasibətlərini rəsmiləşdirib. Onlar Havay adalarında toy edib. Məclisdə yalnız cütlüyün yaxınları və doğmaları iştirak edib.

Qeyd edək ki, Maylz Teller və Kelli Sperri 2013-cü ildə tanış olublar. Onlar münasibətlərini heç kimdən gizlətmir, bərabər görüntülənirdi. Cütlüyün nişan mərasimi 2017-ci ilin avqustunda baş tutmuşdu. Aktyor sevgilisinə onların Afrika səfəri zamanı evlilik təklifi etmişdi.

(adsgarden = window.adsgarden || []).push({});