Ötən il Azərbaycanda dünyasını dəyişən uşaqların SAYI və


Digərləri 03 Sen 2019 09:06:00 255 0

Ötən il Azərbaycanda dünyasını dəyişən uşaqların SAYI və

Azərbaycanda dünyasını dəyişən 18 yaşadək uşaqların sayı və onların ölüm səbəbləri açıqlanıb.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ildə Azərbaycanda 5 yaşadək 1825 uşaq dünyasını dəyişib. 2017-cı ildə ölkədə 2058, 2016-cı ildə 2092, 2015-ci ildə isə 2395 uşaq dünyasını dəyişib.

Ölən uşaqların çoxu oğlanlar olub. Keçən il dünyasını dəyişən uşaqların 1065-i oğlan, 760-ı qız olub.

Ümumilikdə isə 2018-ci ildə yaşı 18-dək olan 2412 uşaq ölüb ki, onların 1433-ü oğlan, 979-u qız olub.

Ötən il dünyasını dəyişən 18 yaşadək uşaqların 1558-i şəhər, 854-ü kənd yerlərinin payına düşüb.

18 yaşadək uşaqların ölümünün əsas səbəbi perinatal dövrdə meydana çıxan bəzi hallardır. Bu səbəbdən keçən il 1001 nəfər dünyasını dəyişib.