“Google Pixel” smartfonlarının istehsalı Vyetnama köçürüləcək


Digərləri 03 Sen 2019 08:51:00 204 0

“Google Pixel” smartfonlarının istehsalı Vyetnama köçürüləcək

"Google" şirkəti "Pixel" smartfonlarının istehsalını Çindən Vyetnama köçürmək niyyətindədir.

Son.az ICTnews-a istinadən bildirir ki, bununla bağlı qərar Çində iş qüvvəsinin bahalaşması, eləcə də ABŞ və Çin arasında davam edən ticarət münaqişəsi səbəbindən rüsümların əlavə təzyiqi fonunda qəbul edilib.

Məlumata görə, ABŞ internet nəhəngi son nəticədə ABŞ bazarı üçün nəzərdə tutulan avadanlığın, o cümlədən "Pixel" smartfonları və "Google Home" intellektual kolonkalarının istehsalının əksər hissəsini Çindən kənara köçürməyi planlaşdırır.

Bu il şirkət 8-10 milyon smartfonun tədarükünü nəzərdə tutur ki, bu da bir il əvvəldən 2 dəfə çoxdur. Vyetnamda istehsal "Google" şirkətinin smartfonlar bazarında əsas artım elementi olacaq.

Şirkət bu ilin sonunadək "Pixel 3A" smartfonlarının istehsalının bir hissəsini Vyetnama köçürəcək. Bundan başqa, intellektual kolonka istehsalının müəyyən hissəsi Tailanda köçürülsə də, yeni məhsulun hazırlanması və onun ilkin istehsalı Çində davam etdiriləcək.

(adsgarden = window.adsgarden || []).push({});