Edilən araşdırmalara son qoyuldu: İlk insan görüntüsü yayıldı


Digərləri 03 Sen 2019 08:55:00 224 0

Edilən araşdırmalara son qoyuldu: İlk insan görüntüsü yayıldı

Bilinən ilk insan nümunəsindən olan Lucy- nin ən yaxın qohumlarından biri, Australopithecus anamensis növünə aid ilk  insan nümunəsi tapılıb. Bu kəllə ilk hominisin iki ayağında gəzməsi haqqında məlumat verir.

Son.az chip.az-a istinadən bildirir ki, Efiopiyada edilən  araşdırmalar zamanı tapılan Australopithecus anamensis kəlləsi  elmi ictimaiyyətdə böyük səs-küy yaradıb. Haile-Selassie və bir çoban tərəfindən kəşf edilən kəllə sümüyü nəticəsində 3,8 milyon illik insan əcdadlarından biri haqqında daha çox məlumat əldə etmək olacaq.

Mütəxəssislərin fikrincə, bu fosil insan növünün iki ayaq üzərində necə getməyə başladığı barədə vacib məlumat verə bilər. London Təbiət Tarixi Muzeyindən Fred Spoor, tapılan kəllə sümüyünün daha bir vacib məqam olduğunu söylədi.

Kəllə ilk dəfə 2016-cı ildə Efiopiyanın Worsano-Mille bölgəsinin Afar bölgəsində aşkar edilib. Kəllə nəyə aid olduğunu anlamaq üçün isə 3,5 il araşdırlıb.

Araşdırmalar zamanı kəllə kişi Australopithecus anamensis-ə aid olduğu ortaya çıxıb. Bu, Lucy-dən əvvəl təkamül ağacında başqa bir addım görməyə imkan verir.

(adsgarden = window.adsgarden || []).push({});