"BHFP ABŞın sonuncu qurbanı olmayacaq"


Dünya 03 Sen 2019 08:03:00 262 0

"BHFP ABŞın sonuncu qurbanı olmayacaq"

Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) ABŞ-ın sonuncu qurbanı olmayacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İran XİN rəhbəri Məhəmməd Cavad Zərif "Rossiya 24" telekanalına müsahibəsi zamanı deyib.

C.Zərif bildirib: "Amerikanın hərəkətləri yalnız BHFP-yə deyil, beynəlxalq hüququn bütün konstruksiyasına zərbədir. Biz ABŞ-a müqavimət göstərməyin yolunu tapmasaq BHFP yeganə itki olmayacaq. Buna görə də Rusiya ilə bu məsələyə baxışlarımız üst-üstə düşür".