“Xiaomi” şirkəti ilk televizorunu nümayiş etdirib


Digərləri 03 Sen 2019 07:51:00 301 0

“Xiaomi” şirkəti ilk televizorunu nümayiş etdirib

"Xiaomi" şirkəti "Redmi" brendi adı altında 70 düymlük televizorunu təqdim edib.

Son.az ICTnews-a istinadən bildirir ki, "Redmi TV" adlandırılmış televizorun displeyinin diaqonalı 70 düym, təsvir ölçüsü 4K təşkil edir. Televizorda 3 "HDMI" konnektoru, 2 "USB" port var, həmçinin "Wi-Fi" texnologiyasını dəstəkləyir. Sözügedən televizor "Xiaomi"nin digər "ağıllı" qurğularına asanlıqla qoşula bilər.

Qiyməti təxminən 532 dollar olan televizor sentyabrın 10-da satışa çıxarılacaq.

(adsgarden = window.adsgarden || []).push({});