Zərif: BHFP ABŞ-ın sonuncu qurbanı olmayacaq


Digərləri 03 Sen 2019 02:17:08 206 0

Zərif: BHFP ABŞ-ın sonuncu qurbanı olmayacaq

Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) ABŞ-ın sonuncu qurbanı olmayacaq

Bakı. Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) ABŞ-ın sonuncu qurbanı olmayacaq. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu İran XİN rəhbəri Məhəmməd Cavad Zərif "Rossiya 24" telekanalına müsahibəsi zamanı deyib. C.Zərif bildirib: "Amerikanın hərəkətləri yalnız BHFP-yə deyil, beynəlxalq hüququn bütün konstruksiyasına zərbədir. Biz ABŞ-a müqavimət göstərməyin yolunu tapmasaq BHFP yeganə itki olmayacaq. Buna görə də Rusiya ilə bu məsələyə baxışlarımız üst-üstə düşür".