Meksikada avtovağzala silahlı hücum olunub, ölənlər var


Digərləri 03 Sen 2019 01:23:00 214 0

Meksikada avtovağzala silahlı hücum olunub, ölənlər var

Meksikanın Kuernavake şəhərində silahlı şəxslər "Estrelya de oro" avtobus terminalına hücum ediblər

Bakı. Meksikanın Kuernavake şəhərində silahlı şəxslər "Estrelya de oro" avtobus terminalına hücum ediblər. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, silahlı hücum nəticəsində 6 nəfər həlak olub. Bildirilir ki, hücum ölənlərdən 5-i hadisə yerində, 1-i isə daha sonra xəstəxanada dünyasını dəyişib.