Bu sistemlərin tətbiqi nüvə müharibəsinə səbəb olacaq


Digərləri 02 Sen 2019 21:25:00 225 0

Bu sistemlərin tətbiqi nüvə müharibəsinə səbəb olacaq

Nüvə zərbəsi endirilməsi qərarının qəbul edilməsi prosesində süni intellektin iştirak etməsi ciddi təhlükə yaradır.

Son.az Axar.az-a istinadən xəbər verir ki, süni intellekt sistemləri nüvə silahlarında tətbiq edilməməlidir. Belə ki, onlar müəyyən parametrlər əsasında qərar qəbul edir. Bu halda hətta bəzi əhəmiyyətsiz məqamları belə təhlükə kimi qəbul edə biləcək sistem həyəcan təbili çalmaq üçün əsas verir.

Nəşr bu fikri Rusiyanın "Perimetr" sistemlərinə də şamil edib. Çünki sözügedən sistemlər hətta seysmik aktivliyi belə nüvə partlayışı kimi qəbul edə bilər. Bundan sonra sistem ordu qərargahına sorğu göndərir və vaxtında cavab almasa, qitələrarası ballistik raketin buraxılması üçün göstəriş verir.

Nəşr ümumiyyətlə süni intellekt sistemlərinin istifadəsinin acınacaqlı nəticələri ola biləcəyini qeyd edib.

(adsgarden = window.adsgarden || []).push({});