Ronaldodan təvazökar addım


Digərləri 02 Sen 2019 20:50:00 282 0

Ronaldodan təvazökar addım

"Yuventus"un hücumçusu Kriştiano Ronaldo İtaliya A seriyasının ən yaxşı oyunçusu üçün verilən döş nişanını taxmaqdan imtina edib.

Bakı. "Yuventus"un hücumçusu Kriştiano Ronaldo İtaliya A seriyasının ən yaxşı oyunçusu üçün verilən döş nişanını taxmaqdan imtina edib. Trend-in məlumatına görə, ötən mövsümün yekunlarına əsasən, A seriyasında fərqlənən futbolçulara müxtəlif nominasiyalar üzrə xüsusi döş nişanları təqdim olunub. Fərqlənən futbolçular Samir Handanoviç (ən yaxşı qapıçı), Nikolo Zanilo (ən yaxşı gənc oyunçu), Kalidu Kulibali (ən yaxşı müdafiəçi), Sergey Milinkoviç-Saviç (ən yaxşı yarımmüdafiəçi), Fabio Kvalyarella (ən yaxşı hücumçu) və Kriştiano Ronaldo (ən yaxşı oyunçu) olub.