74 məktəbli qazdan zəhərləndi


Dünya 02 Sen 2019 20:21:00 266 0

74 məktəbli qazdan zəhərləndi

Cənubi Koreyanın Tequ şəhərində qaz sızması nəticəsində 74 məktəbli xəstəxanaya yerləşdirilib.

Son.az Trend-ə istinadən bildirir ki, sızmanın mənşəyi bilinmir.

Qeyd olunur ki, məktəbin yeni rəhbərinin andiçməsi mərasimi zamanı kəskin qoxu yayılmağa başlayıb. Əksər şagirdlər başağrısı və ürək bulanmasından şikayət edib.

Mərasimdə 800-dək şagird olub.