"Qalatasaray"ın hücumçusu İtaliya klubunda


Digərləri 02 Sen 2019 19:55:00 216 0

"Qalatasaray"ın hücumçusu İtaliya klubunda

"Qalatasaray" hücumçusu Mbaye Dianı İtaliyanın "Verona" klubuna icarəyə verib.

Bakı. "Qalatasaray" forvardı Mbaye Dianı İtaliyanın "Verona" klubuna icarəyə verib. Trend-in məlumatına görə, A Seriya təmsilçisi Seneqal millisinin üzvünü bir illik icarəyə götürüb. “Verona” müqavilənin şərtlərinə görə mövsümün sonunda futbolçunu 2,5 milyon avro qarşılığında satın ala bilər. Qeyd edək ki, “Qalatasaray” 27 yaşlı hücumçunu bu ilin əvvəlində "Kasımpaşa"dan 13 milyon avroya transfer edib.