ABŞRusiya arasında silahlanma yarışı:


Dünya 02 Sen 2019 19:49:00 197 0

ABŞRusiya arasında silahlanma yarışı:

ABŞ Böyük Britaniyanın Fairford aviabazasına 3 ədəd B-2 bombardmançısı yerləşdirib, Britaniya mətbuatı yazır. 

Son.az Axar.az-a istinadən xəbər verir ki, yaxın və orta mənzilli raketlərin ləğvi razılaşmasının başa çatmasından sonra Rusiya və ABŞ arasındakı silahlanma yarışı məsələsi yenidən dünya gündəmini zəbt edib. Rusiyanın Şərqi Avropa ölkələrinin sərhədlərində təlimlər təşkil etdiyi bir vaxtda ABŞ rəqibinə qarşı əks-həmlə olaraq Avropada silah yerləşdirməyi vacib sayıb. Bu istiqamətdə Pentaqonun atdığı son addım ABŞ-ın Vaytmen aviabazasındakı 3 ədəd "B-2 Spirit" bombardmançı təyyarəsini İngiltərəyə göndərmək olub.

Məsələyə münasibət bildirən ABŞ Hərbi Hava Qüvvələri komandanlığının rəsmisi Kurt Vendt təyyarələrin İngiltərədə yerləşdirilməsini "çox güclü bir mesaj" kimi qiymətləndirib.

Qeyd edək ki, "B-2 Spirit" - nüvə və konvensional silah daşıya bilən, çoxfunksiyalı, radarlara yaxalanmayan bombardman təyyarəsidir.