Sulutəpədə avtomobillə vurulan piyada xəstəxanada öldü


Digərləri 02 Sen 2019 17:35:00 242 0

Sulutəpədə avtomobillə vurulan piyada xəstəxanada öldü

Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 1-də saat 23 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində Zərdab rayon sakini E.Xancanov idarə etdiyi “VAZ-2121” markalı avtomobillə yolu keçən qəsəbə sakini Elşən Alıyevi vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.