Fermerlərə subsidiyalar gələn ilin yanvar ayında veriləcək


Digərləri 02 Sen 2019 17:01:00 237 0

Fermerlərə subsidiyalar gələn ilin yanvar ayında veriləcək

"Subsidiyalar gələn ilin yanvar ayının 15-dən sonra veriləcək".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Kənd Təsərüfatı nazirinin müavini İlham Quliyev bu gün keçirilən mətbuat konfransında deyib.

Nazir müavini bildirib ki, builki sınaq müddətində hansısa bir çatışmazlıq olarsa, onun qarşısı allnacaq. Onun sözlərinə görə, 2020-ci ilin yanvarın 1-dən gübrənin güzəştli satılmasına görə verilən subsidiya nəzərdə tutulmayıb: "Çünki veriləcək subsidiyanın məbləğində bu nəzərə alınıb. Gübrənin alınması elektron qaydada həyata keçiriləcək, təhcizatçılar ciddi işlər aparır və onlar subsidiya informasiya sisteminə elektron qaydada qoşulurlar".

Nazir müavini bu hesablamaların 2019-cu ildə ayrılan vəsait çərçivəsində təmin edildiyini qeyd edib: "Çalışmışıq ki, burada artım olmasın. Bu gün elektron kənd təsərrüfatı sistemində 320 min fermer qeydiyyatdan keçib. Bu iş davam edir. Hesab edirəm ki, bu rəqəmdə o qədər də dəyişiklik olmayacaq. Biz çalışacağıq ki, fermerlər bu məsələdə çox əziyyət çəkməsinlər. Kartların hazırlanması üçün könüllüləri də bu işə cəlb etmişik".