Qaz 3 nəfəri boğdu


Dünya 02 Sen 2019 15:53:00 250 0

Qaz 3 nəfəri boğdu

İranın İsfahan vilayətinin eyniadlı rayonunun Həsənabad şəhərində yerləşən bir mağarada qaz nəticəsində 3 nəfər həlak olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın İsfahan rayonunun hüquq-mühafizə orqanının polis rəisi polkovnik Məhəmməd Rza Xudadust deyib.

M.Xudadustun sözlərinə görə, hadisə ötən gecə 00:30-da baş verib.

Polis rəisi əlavə edib ki, mağaradakı 4 nəfərdən birinin həyatını xilas etmək mümkün olub.