Polis Nardaranda silah-sursat aşkarladı


Digərləri 02 Sen 2019 15:05:19 229 0

Polis Nardaranda silah-sursat aşkarladı

Nardaranda silah-sursat aşkar edilib.

Bakı. Nardaranda silah-sursat aşkar edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aparılmış profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Ə.Qarayev tapdığı içərisində 1 ədəd lüləsi kəsilmiş “İJ” markalı tüfəng, 1 ədəd “RQD” qumbarası, 57 ədəd patron və zəncir olan torbanı könüllü olaraq 42-ci PB-yə təhvil verib.