PAŞA Bank-ın Miles&Smiles kartı ilə Milləri toplayıb pulsuz aviabiletlər əldə edin!


Digərləri 02 Sen 2019 12:53:00 186 0

PAŞA Bank-ın Miles&Smiles kartı ilə Milləri toplayıb pulsuz aviabiletlər əldə edin!

Azərbaycan bazarında innovativ layihələr ilə məşhur olan aktivlərinin həcminə görə ölkənin ən böyük özəl bankı PAŞA Bank öz yeni məhsulunu - Miles&Smiles ko-brend mil kartını bazara çıxardı.

Bakı. Azərbaycan bazarında innovativ layihələr ilə məşhur olan aktivlərinin həcminə görə ölkənin ən böyük özəl bankı PAŞA Bank öz yeni məhsulunu - Miles&Smiles ko-brend mil kartını bazara çıxardı. Korporativ müştəriləri və bankın maaş karı sahibləri üçün təqdim olunan məhsul və xidmətlərdən fərqli olaraq bu məhsul bütün əhali üçün nəzərdə tutulur. PAŞA Bank-ın Miles&Smiles kartından ölkə vətəndaşları ilə yanaşı, burada işləyən və ya Azərbaycanda şəxsi biznesini quran əcnəbilər də istifadə edə bilərlər. Yəni, bu, ənənəvi korporativ bankın hər kəsin istifadə edə biləcəyi ilk pərakəndə məhsuludur", - deyə bankın Fərdi Bankçılıq Departamentinin Direktoru Kamran Heydərov Trend informasiya agentliyinə verdiyi müsahibəsində xüsusi olaraq vurğulayıb. - Zəhmət olmasa, başlanğıc üçün yeni məhsulunuzu təqdim edin. - Carı ilin may ayından etibarən biz dünyanın ən böyük aviaşirkətlərindən biri Türk Hava Yolları (THY) ilə tərəfdaşlıqda ko-brend formatlı Miles&Smiles mil kartını Azərbaycan bazarına təqdim etdik. Bu, yerli bazar üçün tamamilə yeni məhsuldur. Türkiyədə analoji kart uzun illər əvvəl istifadəyə verilmişdir və biz əminik ki, Azərbaycanda da bu layihə böyük uğur qazanacaqdır. Dünyanın müxtəlif aviaşirkətlərinin xidmətlərindən tez-tez istifadə edən sərnişinlər adətən onların loyallıq proqramları üzrə qeydiyyatdan keçirlər. Mil kartlarına sahib olmaqla onlar hər uçuş zamanı millər qazanır və sonra onları aviaşirkətin təklif etdiyi aviabiletlərə və digər xidmətlərə dəyişdirə bilirlər. Bizim PAŞA Bank Miles&Smiles kartımızdan istifadə edərək kart sahibləri milləri yalnız uçuşun həyata keçirilməsi zamanı deyil, həm də bu kartla edilən hər bir ödənişə görə əlavə millər qazanırlar. Üstəlik bu, ölkə daxilində və xaricində ticarət və xidmət obyektlərində PAŞA Bank-ın POS terminallar şəbəkəsi daxilində və xaricində edilən ödənişlərə şamil edilir. - Bəs aviaşirkətin loyallıq kartına artıq sahib olanlar sizin kartları nəyə görə alsınlar? PAŞA Bank hansı üstünlükləri təklif edir? - Ondan başlayaq ki, millərin toplanması bizim kartla həyata keçirilən istənilən əməliyyat zamanı, həmçinin gündəlik ödənişlərin aparılması zamanı baş verir. Gündəlik ödənişlər dedikdə, ipoteka ödənişləri daxil olmaqla, restoranlarda və müxtəlif istirahət yerlərində, supermarketlərdə, ticarət mərkəzlərində, geyim mağazalarında, yanacaqdoldurma məntəqələrində və s. aparılan ödənişlər nəzərdə tutulur. Yəni, millər daha tez toplanır. Bu kartla Müştərilər səyahət sığortası, habelə telefon, və ya ölkəmizdə ilk dəfə WhatsApp Telegram, Viber kimi mesajlaşma proqramları üzərindən Chatbot vasitəsi ilə konsyerj xidmətlərindən istifadə etmə imkanını əldə edirlər. PAŞA Bank Miles&Smiles kartları Lounge Key proqramından istifadə imkanını da təklif edir. Bu, kart sahiblərinə dünyanın mindən artıq hava limanında gözləmə zamanı VIP və ya biznes-zonalara giriş imkanını yaradır. Əlbəttə ki, kart sahibləri üçün digər endirim proqramları , məsələn otellərdə, avtomobillərin icarəsi, hava limanların duty free zonalarında alış-veriş zamanı endirimlər də mövcuddur. PAŞA Bank-ın Miles&Smiles kartları yalnız milli valyutada buraxılır, və kart sahibləri üçün sevindirici haldır ki, dünyanın istənilən nöqtəsində 2,000 manata qədər nağd pul çıxarılması üçün PAŞA Bank tərəfindən əlavə konvertasiya haqqı tutulmur. - Millərin hesablanması necə həyata keçiriləcək? - PAŞA Bank Mastercard bazasında buraxılan iki növ kart təklif edir – Black və Elite. Black kartının sahibləri həyata keçirilən ödəniş zamanı hər iki manat üçün bir mil qazanırlar. Elite kartının statusu isə daha yüksəkdir və xərclənən vəsait ekvivalentində mil toplamağa imkan verir, yəni kart sahibi xərclədiyi hər bir manat üçün müvafiq olaraq bir mil alacaq. Lakin, biz öz müştərilərimizə təqdim etdiyimiz imkanların siyahısını daha da genişləndirmək qərarına gəldik. Burada söhbət alış-veriş və ya xidmətlərin ödənişləri zamanı kart sahiblərinin daha çox mil ala biləcəkləri partnyor şəbəkəsindən gedir. Bu günədək həmin şəbəkəyə öz xidmətlərini 280 xidmət nöqtəsində təqdim edən 70 partnyor qoşulmuşdur. Bizim partnyorlarımız arasında kafe və restoranlar, məişət texnikası şəbəkəsi, müxtəlif seqmentlərdə geyim mağazaları, yanacaqdoldurma məntəqələri şəbəkəsi, mobil operator və s. ticarət və xidmət obyektləri yer alırlar. Xüsusilə qeyd etmək istərdim ki, Heydər Əliyev Beynəlxalq Hava Limanının duty free zonasına daxil mağaza, restoran və kafelərdə istənilən alış-veriş də kart sahibinə əlavə millər qazandırır. Kart sahibləri partnyor şəbəkəsinə daxil olan şirkətlərin xidmətlərindən istifadə edərək ödənilən hər bir manat müqabilində əlavə 3, 5, hətta 10 mil qazana biləcəklər. Beləliklə pulsuz uçuş üçün yetərli miqdarda milləri daha da tez toplamaq mümkündür.