Səhiyyə Nazirliyinin adından jurnalistlərə saxta email göndərildi


Digərləri 02 Sen 2019 12:09:00 331 0

Səhiyyə Nazirliyinin adından jurnalistlərə saxta email göndərildi

Səhiyyə Nazirliyi bu qurumun adından jurnalistlərə e-mail göndərilməsi ilə bağlı məsələyə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, sentyabrın 2-də bir çox media qurumunun və jurnalistlərin e-mail ünvanlarına Səhiyyə Nazirliyinin adından saxta press-reliz göndərilib:

"Qeyd edirik ki, "[email protected]" mail ünvanının Səhiyyə Nazirliyinə heç bir aidiyyəti yoxdur. Səhiyyə Nazirliyinin rəsmi email ünvanı [email protected]ır".