SOS! Nüvə müharibəsi qaçılmazdır, əgər...


Dünya 02 Sen 2019 11:15:00 209 0

SOS! Nüvə müharibəsi qaçılmazdır, əgər...

Nüvə zərbəsinin endirilməsi barədə qərarın qəbul edilməsi zamanı hərbçilər tərəfindən süni intellekt sisteminin istifadəsi ciddi təhlükə yaradır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Breaking Defense" nəşri ABŞ keçmiş müdafiə nazirini müavini Rober Uorka istinadən yazıb.

Onun sözlərinə görə, süni intellekt sistemləri nüvə silahına nəzarətdə iştirak etməməlidir, belə ki, onlar müəyyən parametr və göstəricilər əsasında fəaliyyət göstərir.

Bəzi hallarda süni intellekt riskli olmayan bəzi faktorları da təhlükə kimi qəbul edə bilər ki, bu da ciddi fəsadlara yol aça bilər.