Azərbaycandan köçüb Amerikada yaşayan məşhurlar FOTO


Şou-biznes 02 Sen 2019 10:12:00 293 0

Azərbaycandan köçüb Amerikada yaşayan məşhurlar  FOTO

Azərbaycanın bir çox tanınmış məşhuru öz həyatını okeanın o tayında - Amerika Birləşmiş Ştatlarında davam etdirir.

Onlardan bəziləri yaradıcılığını davam etdirsə də, əksəriyyət fərqli sahələrdə işləməyə başlayıb.

Son.az qafqazinfo-ya istinadən Azərbaycandan ABŞ-a üz tutan məşhurları təqdim edir: 

Aparıcı Rüfət Ağayev - 2017-ci ildə ABŞ-ın Nyu-York şəhərinə köçüb. O, ATV kanalının və 106.3 FM-in aparıcısı olub.

Aparıcı Günel Hümbətova - Aparıcı 2015-ci ildə ABŞ-da Firuz Soliyev adlı şəxslə ailə qurub. O, ailə qurduqdan bir müddət sonra Azərbaycana qayıtsa da, 2018-ci ildə yenidən Nyu-Yorka köçüb. Cütlüyün bir qızı var.

Aparıcı Günel Musəvi - 2009-cu ildə Amerikanın Alabama ştatının Troy şəhərinə yollanan Günel 2010-cu ildən Minnesota ştatının Sent-Pol şəhərinə yerləşib və "Metrostate Universitety"də Uşaq Psixologiyası üzrə təhsil alıb. 2015-ci ildə həmyerlisi ilə ailə quran Günelin 3 yaşlı Sevil adlı qızı var.

Müğənni İlhamə Qasımova - 2017-ci ildən Los-Ancelesə köçən İlhamə əvvəllər Amerikaya gəzmək üçün və işlərinə görə getdiyini bildirsə də, artıq neçə ildir ki, orada yaşayır. Qasımova ABŞ-a getməzdən əvvəl ikinci həyat yoldaşından da ayrılıb. O, buna səbəb kimi övladının olmamasını göstərmişdi.

Müğənni Elariz Məmmədoğlu - Həyat yoldaşı Gülnar xanımın "Greencard" lotoreyasını udmasından sonra bu il ABŞ-a üz tutan Elariz Nyu-York şəhərində yaşayır. O, hətta restoranların birində işə də düzəlib.

Reper Elmir Məhərrəmov - "Dəyirman" qrupunun keçmiş üzvü Elmir də "Greencard" vasitəsilə Ameirkaya köçənlərdəndir. O, 2018-ci ilin mayından Amerikada yaşayır.