ABŞın Cənubi Karolina ştatında sakinlərinin məcburi təxliyə edilməsi elan edilib


Dünya 02 Sen 2019 08:52:00 198 0

ABŞın Cənubi Karolina ştatında sakinlərinin məcburi təxliyə edilməsi elan edilib

ABŞ-ın Cənubi Karolina ştatının qubernatoru Henri MakMaster "Dorian" qasırğasının yaxınlaşması səbəbindən sahil sakinlərinin məcburi təxliyə edilməsinə dair sərəncam verib.

Trend-in məlumatına görə, bu barədə "Associated Press" agentliyi bildirib.

Ştat başçısının sözlərinə görə, təxliyə bazar ertəsi günortadan sonra başlayacaq. Qeyd edilir ki, bu əmr təxminən 1 milyon insanı əhatə edəcək.

Təbii fəlakətin yaxınlaşması səbəbindən Florida, Corciya, Cənubi Karolina və Şimali Karolina ştatlarında fövqəladə vəziyyət rejimi tətbiq edilib.