1819cu əsrlərdə qadınlar dənizdə necə üzürdülər? MARAQLI FOTO


Digərləri 02 Sen 2019 07:41:00 256 0

1819cu əsrlərdə qadınlar dənizdə necə üzürdülər?  MARAQLI FOTO

Bir neçə əsr əvvəl qadınların dənizdə necə üzdüyünü bilirsinizmi?

Təəccüblüdür ki, 18-19-cu əsrlərdə qadınlar çimərlik paltarını geyinib, çimərlikdə günəşlənə bilməzdilər. O dövrdə çox qəribə bir dənizkənarı etiket var idi, bunlara istisnasız olaraq bütün qadınlar tərəfindən riayət edilməli idi. 

Əgər dənizdə qadın çimərlik geyimində olsaydı bu, ləyaqətsizlik, utanmazlıq hesab olunurdu. Buna görə də o zamanlar qadınların dənizdə rahat çimməyi üçün xüsusi maşınlardan istifadə edilirdi. 

Son.az ölkə.az-a istinadən bildirir ki, qadınlara təvazökarlıqlarını və ləyaqətlərini qorumaq üçün, "Çimmək üçün maşın" adlı sadə bir ixtira yaradıldı. 

Çimərlik maşını soyunub-geyinmə kabinəsinə bənzəyirdi, lakin o daha böyük və təkərlərlə təchiz olunmuşdu. 

Qadınlar bu kabinəyə girib, bu günün standartlarına nisbətən daha qapalı olan çimərlik geyimini geyinirdi. Çimərlik maşını bir atın köməyi ilə birbaşa dənizə girirdi.

Avtomobil suda olandan qapısı açılırdı. Qadınlar hər kəsin gözündən uzaqda, rahatlıqla dənizdə üzə bilirdilər.

(adsgarden = window.adsgarden || []).push({});