Aeroportlar haqqında 18 maraqlı fakt


Digərləri 02 Sen 2019 03:30:00 221 0

Aeroportlar haqqında 18 maraqlı fakt

Aeroportların fəaliyyətinin incəlikləri haqqında ən çox məlumata orada işləyənlər malikdirlər. Aeroportların əməkdaşları öz işləri ilə bağlı şahid olduqları hadisələri sosial şəbəkələrdə bölüşürlər. Son.az AZƏRTAC-a istinadən onlardan ən maraqlılarını sizin diqqətinizə çatdırır.

1. Aeroportda sizin yoxlamadan keçdiyiniz skanerlər sağlamlığınız üçün təhlükəsizdir.

2. Təyyarənin salonuna keçirməyə icazə verilməyən əl baqajınızı aeroportların saxlama kamerasına qoymaq və ya zəruri ünvana bağlama şəklində göndərmək olar.

3. Gömrükdə müsadirə olunmuş əşyalarınızı tez-tez xüsusi hərraclarda satışa çıxarırlar.

4. Bəzi aeroportlarda əlinizdəki qabları doldura və təyyarənin salonuna apara biləcəyiniz içməli su kranları var.

5. Duty Free mağazalarında ən asan ödəniş növü dollar və avro ilədir.

6. Cihazların akkumulyatorlarını baqaja təhvil vermək olmaz.

7. Bəzi aeroportlarda birdəfəlik alt paltarı, gigiyena vasitələri, telefonlar üçün şarj alətləri və digər zəruri əşyaları münasib qiymətlərə almağın mümkün olduğu ticarət avtomatları quraşdırılıb.

8. Bir sıra aeroportlar sizin lazım olan çıxışa yaxınlaşmağınız üçün olduqca böyükdür və sərnişinlər bu zaman çoxlu vaxt itkisinə məruz qalırlar. Bu səbəbdən aeroportun xəritəsini əvvəlcədən öyrənməyi məsləhət görürük.

9. Aeroportlarda bir çox hallarda pulsuz Wi-Fi olur.

10.Terminallar arasında sürətli hərəkət etmək üçün nəzərə alınmalıdır ki, onların bir çoxu qatarların hərəkət etdiyi yeraltı tunellərlə birləşir.

(adsgarden = window.adsgarden || []).push({});