İsmayıllıda sex yanıb


Digərləri 02 Sen 2019 00:48:31 208 0

İsmayıllıda sex yanıb

İsmayıllı rayonunda yanğın olub

Bakı. İsmayıllı rayonunda yanğın olub. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Basqal qəsəbəsində hal-hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 300 m² olan kəlağayı sexinin içərisində dəzgahların ətrafına çəkilən şüşə pambıq üzlük 20 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​