İş təcrübəsi olmadıqda, iş tapmağın yolu


Digərləri 01 Sen 2019 23:05:00 228 0

İş təcrübəsi olmadıqda, iş tapmağın yolu

İŞ TƏCRÜBƏSİ - işə götürənlər üçün ən vacib amillərdən biridir. Hər kəs belə bir problemlə üzləşib: yaxşı bir işə düzəlmək üçün, iş təcrübəsi tələb olunur, həmin bu iş təcrübəsini qazanmaq üçün isə - işə düzəlmək lazım gəlir. Belə bir situasiyada ruhdan düşərək, arzularınız üzərində "xətt" çəkməyin. Əgər içinizdə həqiqətən də böyük bir istək varsa, təcrübə olmadığı halda belə iş tapa biləcəksiniz.

Son.az banker.az-a istinadən bildirir ki, əslində, hər şey göründüyü kimi çətin deyil. Çox məşhur olan Superjob.ru portalı, çox maraqlı bir tədqiqat keçirmişdir. Tədqiqatın nəticələrinə görə, orta şirkətlərin 66%-i və iri şirkətlərin 85%-i, təcrübəsiz mütəxəssisi işə götürməyə hazır olduğunu qeyd ediblər. 

Bütün bunlara baxmayaraq, nə etməli olduğunu bilməyən məzunların sayı get-gedə artır. İşədüzəlmə məsələsinə aydınlıq gətirmək məqsədi ilə, biz, sizin üçün vacib informasiyanı bölüşürük.

İlk işimi necə tapa bilərəm? 7 məsləhət

Mümkün qədər tez başlayın

Təcrübə göstərir ki, tələbələrin bir çoxu təhsilini bitirməmiş işləməyə başlayırlar (adətən, part-time). Universiteti bitirdikdən sonra tələbə ya işlədiyi işdə qalır, ya da başqa bir yerdə iş axtarışına başlayır. Buradan nəticə çıxara bilərik ki, diplom almağınızı gözləməyib karyeranız haqqında qabaqcadan düşünməyə başlayın. Çalışın "təhsil-iş" balansını saxlaya biləsiniz, işiniz təhsilinizə mane olmalı deyil. 

Yox əgər təhsilinizi artıq başa vurmusunuzsa, onda digər tövsiyələrdən faydalanmağa çalışın. 

Müxtəlif kurs və təlimlərdə aktiv iştirak edin

Hal-hazırda demək olar ki, istənilən ixtisasa uyğun təlim və ya kurs tapa bilərsiniz. Əgər belə təlimlərdə tez-tez iştirak etsəniz, digər təcrübəsiz namizədlər ilə müqayisədə daha üstün mövqe tutmuş olarsınız. Adətən bu kimi təlim və kursları keçdikdən sonra, sertifikat verilir. Onu öz CV-nizə əlavə etsəniz, istədiyiniz işi əldə etmək şansınız artacaq. 

Eyni zamanda belə kurslara getməklə, siz, öz peşəkar bacarıqlarınızı yaxşılaşdıra bilərsiniz. 

CV-ni düzgün tərtib edin

Təəccüblü deyil ki, işəgötürənlər CV-də ilk növbədə "iş təcrübəsi" bölməsinə diqqət edirlər. Bəs iş təcrübəniz yoxdursa, nə etməlisiniz? Hər zaman çalışın bütün bilik və bacarığınızı CV-də qeyd edəsiniz. Əsas bölmələrlə yanaşı (şəxsi məlumat, təhsil və s.) aşağıda göstərilmiş bölmələri də qeyd etməyiniz tövsiyə olunur:

Şəxsi keyfiyyətlər: ünsiyyətcil, məqsədyönlü, aktivlik və s.  Bacarıqlar: kompüter proqramları, texnologiyalar, metodlar və s.  Xarici dil biliyi Sertifikatlar, əlavə diplomlar və s.

Əgər universitet dövründə yazdığınız diplom işi şirkətin fəaliyyəti ilə sıx bağlıdırsa, onu da qeyd edə bilərsiniz. Bu qayda keçdiyiniz istehsalat təcrübəsinə də aiddir. 

CV-ni müxtəlif iş axtarışı portallarında yerləşdirə bilərsiniz, bu sizin tez bir zamanda iş tapmağınıza kömək edəcək. CV-ni hər hansısa şirkətə göndərdikdən sonra, şirkət əməkdaşlarının sizə zəng etməsini gözləməyin. Sizi ya müsahibəyə dəvət edəcəklər, ya da şirkətin maraqlarına uyğun olmadığınızı bildirəcəklər.

İkinci halda nəzakətlə  "yox" cavabının səbəbini soruşun, gələcəkdə bu informasiya sizin üçün faydalı ola bilər. 

Müsahibəyə məsuliyyətlə yanaşın

(adsgarden = window.adsgarden || []).push({});