Yəməndə həbsxanaya hücum: ən az 86 insan həlak olub


Dünya 01 Sen 2019 22:57:00 200 0

Yəməndə həbsxanaya hücum: ən az 86 insan həlak olub

Yəmənin mərkəzindəki Damar vilayətində həbsxanaya edilən hava hücumu nəticəsində ən az 86 nəfər həlak olub.

Son.az Trend-ə istinadən bildirir ki, hücumlar şənbə günü yerli vaxtla təxminən 11.00-da başlayıb, hava hücumlarının sayı 13 olub.

Bildirilir ki, hazırda 86 cəsəd Qızıl Aypara Qrupu tərəfindən çıxarılıb. Ümumi yaralıların sayı 40 nəfərdir.