Türkiyə HHQ İraqın şimalında 4 PKK terrorçusunu zərərsizləşdirib


Digərləri 01 Sen 2019 19:31:00 175 0

Türkiyə HHQ İraqın şimalında 4 PKK terrorçusunu zərərsizləşdirib

Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələri İraqda PKK terror qruplaşmasının mövqelərinə zərbələr endiriblər

Bakı. Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələri İraqda PKK terror qruplaşmasının mövqelərinə zərbələr endiriblər. Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, zərbələr İraqın şimalında yerləşən Metina və Qara rayonlarına endirilib. Bildirilir ki, hava zərbələri nəticəsində 4 PKK terror qruplaşmasının üzvü zərərsizləşdirilib.