Əri ölmüş qadın yenidən ailə qurmaq üçün ərinin ilinin çıxmasını gözləməlidirmi?


Digərləri 01 Sen 2019 18:40:00 323 0

Əri ölmüş qadın yenidən ailə qurmaq üçün ərinin ilinin çıxmasını gözləməlidirmi?

Əri ölmüş qadın yenidən ailə qurmaq üçün ərinin ilinin çıxmasını gözləməlidirmi? Bu halda kəbini geri oxutdurmaq da vacibdirmi?

Əri ölmüş qadının vəfat iddəsi gözləməsi vacibdir. İddə müddəti boşanma (talaq) və ərin vəfatı hallarında fərqli olur. Əri dünyasını dəyişmiş qadın ərinin ölümündən sonra 4 ay 10 gün müddətində iddə gözləməlidir. Əgər hamilədirsə, doğuşa kimi iddə saxlamalıdır.

Son.az islam.az-a istinadən bildirir ki, əgər doğuş 4 ay 10 gündən tez baş verərsə, yenə 4 ay 10 günün bitməsini gözləməlidir. Yalnız vəfat iddəsi bitdikdən sonra qadın yenidən ailə qura bilər. İddə müddəti boyunca qadının bəzəkli paltar geyinməsi, sürmə çəkməsi və digər bəzəklərdən istifadə etməsi haramdır. Şəriətdə vacib olan hökmlər budur, ərin vəfatından sonra ən azı bir il gözləmək isə ürfdür (ənənədir). Hər halda, ənənəyə də hörmətlə yanaşmaq məsləhətdir. Talaqa gəlincə, talaq ərlə arvadın ikisinin də diri olduğu hal üçündür. Əgər kişi dünyasını dəyişmişsə, talaq oxutdurmağa ehtiyac yoxdur, kəbin avtomatik pozulmuş sayılır.

(adsgarden = window.adsgarden || []).push({});