İnternetdə yaz, çıxacaq


Digərləri 01 Sen 2019 17:45:00 238 0

İnternetdə yaz, çıxacaq

Hansısa məlumata ehtiyacımız olduqda artıq qonşuya və ya qohuma müraciət etmirik. Müraciət etsək belə, "İnternetdə yaz, çıxacaq" cümləsini eşidirik. Texnologiyanın işıq sürəti ilə inkişaf etdiyi bir dövrdə yaşadığımıza görə, internetə bu qədər bağlı olmağımız heç təəccübləndirici hal deyil.

İstənilən bir informasiyanı axtardığımızda etibar etdiyimiz bir sıra mənbələrə rast gəlirik. Onlar artıq şüuraltı, necə deyərlər, hörmətimizi qazanıblar və güvəniləcək mənbə kimi ağlımızda həkk olublar. Belə mənbələrdən biri də çox yaxşı tanıdığımız Vikipediya ensiklopediyasıdır.

Son.az ted.az-a istinadən təmənnasız bizə yardım edən bu ensiklopediya haqqında maraqlı informasiyanı sizə təqdim edirik:

Vikipediyanın yaradıcısı Cimmi Uels 1966-cı ildə ABŞ-da anadan olub. Uels iqtisadiyyat istiqaməti üzrə bakalavr və magistr dərəcəsinə yiyələnib. 1996-cı ildə o, Bomis əyləncə xarakterli axtarış portalını, 2000-ci ildə isə ingilis dilində Nupedia.com ensiklopediyasını yaradıb. Ən böyük uğuru isə ildə yaratdığı Vikipediya portalıdır. Hazırda Vikipediya dünyanın ən böyük ensiklopediyasıdır. Onu internet istifadəçilərinin stolüstü kitabı adlandırırlar. Vikipediya müraciətlərin sayına görə sorğu resurslarından sonra ikinci yeri tutur.

Vikipediya internetdə azad şəkildə yayımlanan, dünyanın bir çox dillərində viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilərin yaratdığı ensiklopediyadır. Yarandığı dövrdən, yəni 2001-ci ilin əvvəllərindən Vikipediyadakı istifadəçi və məqalə sayı davamlı artır, ensiklopediya hər keçən gün daha çox məşhurlaşır. Əvvəl yalnız başqa dilləri bilən azərbaycanlılar vikipediyadan istifadə edə bilirdilər, indi isə ensiklopediyanın azərbaycanca olan versiyası da mövcuddur. Hazırda Vikipediyada azərbaycan dilində 149.093 məqalə mövcuddur.

İnternet istifadəçilərinin təxminən 7%-i hər dəfə internetə girəndə Vikipediya məqalələrini oxuyur.

2001-ci ildən bəri Vikipediyada ümumilikdə 1,4 milyarddan çox sözlə 8,2 milyon məqalə yazılıb.

Maraqlıdır ki, "wiki" termini viki-viki və ya "sürətli" mənasını daşıyır, bu Havay adalarındakı avtobusların adıdır.

(adsgarden = window.adsgarden || []).push({});