Qonşu ölkənin xarici borcları nə qədərdir?


Digərləri 01 Sen 2019 14:47:00 220 0

Qonşu ölkənin xarici borcları nə qədərdir?

İranın xarici borcları (İran təqvimi 21 mart 2019-dan başlayaraq) 3 ayda (21 mart - 22 iyun) ötən ilin analoji dövrü ilə müqayisədə 7% azalıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu göstərici İran Mərkəzi Bankının hesabatında öz əksini tapıb.

İran Mərkəzi Bankının məlumatına əsasən 3-cü ayın sonunda İranın xarici borcu 8,678 milyard dollar olub.

Hesabata əsasən, həmin borcun 6,969 milyard dolları orta və uzunmüddətli, 1,708 milyard dolları isə qısa müddətli borclardır.

Mərkəzi Bankın məlumatına görə, İranın xarici borcları 2-ci ayın sonunda isə (21 mayadək) 8,816 milyard dollar təşkil edib.