Təsadüfən edilən


Digərləri 01 Sen 2019 11:34:00 220 0

Təsadüfən edilən

Alimlər tədqiqat və təcrübəyə çox vaxt sərf edirlər və onlara yeni kəşflər etmək üçün xeyli güc və bacarıq tələb olunur.

Son.az Ölkə.az-a istinadən bildirir ki, buna baxmayaraq mühüm bir kəşf bəzən  alim və ya sadə bir insan tərəfindən tamamilə təsadüfən də edilir.

Aşağıda səhvən edilmiş 6 kəşf haqqında danışacağıq:

1. Кardiostimulyator

Qreytbetç soyadlı alim tamamilə təsadüf nəticəsində milyonlarla insanın həyatını xilas edən qurğu ixtira edib.

Alim insan ürəyinin ritmini qeyd etməyə kömək edən cihaz üzərində işləyirdi.

O, 1956-cı ildə Buffalo Universitetinin laboratoriyasında işləyən zaman səhvən başqa rezistoru bağlayır. Rezistorun yaratdığı elektrik impulsları insan qəlbinin döyüntüsünə çox bənzəyirdi. 

Bunun nə qədər perspektivli olduğunu anlayan alim insan bədənində yerləşdirə bilmək üçün öz cihazını mümkün qədər kiçik etmək üzərində işləməyə başlayır.

Kiçik ölçüdə olan cihaz ilk dəfə 1958-ci ildə itlər üzərində test edilir. Daha sonra Qreytbetç  bir çox insanın uzunömürlülüyü yolunda əhəmiyyətli bir addım olan ixtirasını patentləşdirir. 

2. Qarğıdalı lopaları

Qarğıdalı lopalarının tarixi öz başlanğıcını XIX əsrdən götürür. Miçiqan ştatında "Batl-Krik" sanatoriyasının sahibləri, həkim Kelloq və onun qardaşı Vill Kit Kelloq qarğıdalı unundan hansısa yeməyi hazırlayırdılar, lakin onlar pansionun təxirəsalınmaz işləri üzrə təcili surətdə getməli olurlar.

Onlar qayıtdıqda isə qarğıdalı ununun bir qədər korlandığını görürlər. Buna baxmayaraq, onlar undan yemək hazırlamaq fikrindən vaz keçmirlər, lakin xəmir çürüyür, əvəzində isə lopa və toplar yaranır. Ruhdan düşən qardaşlar bu lopaları oda atırlar və məlum olur ki, onların bəziləri yüngül, bəziləri xoş xırtıldayan konsistensiyaya çevriliblər.

Sonradan bu lopalar Kelloqun pasiyentlərinə yeni yemək kimi təklif edilir. Süd və zefirlə süfrəyə verilən lopalar tezliklə məşhurlaşır. Vill Kit Kelloq lopalara şəkər əlavə edərək, onların dadını  geniş auditoriya üçün daha münasib edir.

Beləliklə, 1894-cü ildə orijinal qarğıdalı lopaları amerikalı həkim Con Harvi Kelloq  tərəfindən patentləşdirilir. 1906-cı ildə Kelloqlar yeni qida növünün kütləvi istehsalına başlayırlar və öz şirkətlərini yaradırlar.

3. Mikrodalğalı soba

Təəccüblü olsa da, mikrodalğalı soba, demək olar ki, təsadüfən icad edilib. İxtiraçı-mühəndis Persi Spenserin böyük kəşfini necə etdiyinə dair əfsanələr gəzir. 

Bəzi mənbələr iddia edirlər ki, o, işləyən maqnetronun yanından keçərkən, cibində konfetlərin necə əridiyini hiss edib. Başqa bir versiyaya görə, Spenser maqnetronda sendviç qızdırırdı. Hər halda, ona qədər heç kim yemək üçün yüksəktezlikli şüadan istifadə etməmişdi.

Əvvəlki xidmətlərinə baxmayaraq, 1940-cı illərdə "Raytheon" şirkətində işləyərkən etdiyi ixtira Spenseri bütün dünyaya tanıdır.

Mikrodalğalı sobaya patent 1946-cı ildə verilir, "Radarange" adlı ilk soba isə 1947-ci ildə işıq üzü görür.

Bu, olduqca iri sobalar idi. Demək olar, insan boyu hündürlükdə, 300 kq ağırlığında olan bu sobalar müasir dövrdə istifadə etdiklərimizdən çox fərqlənirdi. Onların qiyməti də olduqca yüksək - 3 min dollara yaxın idi.

Yalnız 1960-cı illərdə əlverişli qiymətlərlə (təxminən, 500 dollar) və nisbətən kiçik ölçülü məişət mikrodalğalı sobalarının kütləvi istehsalı başlanılır. 

(adsgarden = window.adsgarden || []).push({});