Estetik əməliyyat "manyakı" az qalsın öləcəkdi


Digərləri 01 Sen 2019 10:49:00 174 0

Estetik əməliyyat "manyakı" az qalsın öləcəkdi

Estetik əməliyyat bağımlısı olan qadın son əməliyyatında ölümdən dönüb.

Son.az Yenicag.az-a istinadən xəbər verir ki, 24 yaşlı kanadalı model Mary Magdalene son əməliyyat zamanı həddən artıq qan itirib.

Həkimlər ona əvvəlcədən əməliyyatın çox riskli olduğunu desələr də, Mary bıçaq altına yatıb.

Əməliyyatda xeyli qan itirib göyərməyə başlayan qadına həkimlər təcili qan köçürüb. Həkimlərin təcili müdaxiləsi nəticəsində Marynin həyatı xilas olub.

O, əməliyyat sonrası komplikasyonlara məruz qalıb və dəhşətli ağrılar çəkib.

Bütün bunlara baxmayaraq Mary başına gələn bu hadisənin onu estetik əməliyyat etdirməkdən uzaqlaşdırmayacağını deyib.

(adsgarden = window.adsgarden || []).push({});