Başı zədə almış kişilərdə impotensiya yaranır ALİMLƏR


Digərləri 31 Avq 2019 21:35:00 349 0

Başı zədə almış kişilərdə impotensiya yaranır  ALİMLƏR

Kişinin beyni, başı travma alıb silkələndikdə, sonradan onda impotensiya baş verməsi riski artır.

Son.az medicina.az-a istinadən bildirir ki, Harvard Sağlamlıq Məktəbinin alimləri bu nəticəyə gəlib. Onlar Amerika futbol komandasının keçmiş oyunçuları üzərində apardıqları tədqiqatlar zamanı aşkar ediblər ki, oyunda başından zədə alanlarda erektil disfunksiyadan əziyyət çəkib. 

Elmi araşdırmada 3,5 min nəfər Milli futbol liqasının eks üzvləri əhatə olunub.  Onların tibbi tarixçələrində neçə dəfə başdan zərbə aldıqları, beyin silkələnməsi keçirdikləri, ürəkbulanma, baş ağrısı, görmənin pozulması kimi simptomların sayı nəzərə alınıb. 

Daha sonra bu qədər kişidən neçə nəfərə həyatlarının hansısa dövründə ereksil disfunksiyadan müalicə alıb-almamasını dəqiqləşdiriblər. 

Layihədə iştirak edən 3500 nəfərdən 18% testosteron kişi hormonunun zəifləməsi, 23% erektil disfunksiya, 10%-nin anamnezində isə hər iki problem olub. Nəticələr göstərib ki, maksimal həddə baş beyni oyun zamanı zədə görən futbolçular digərlərinə nisbətən 2 dəfə çox impotensiya ilə üzləşib.  

(adsgarden = window.adsgarden || []).push({});