Zelenskinin adından külli miqdarda rüşvət alanlar tutuldu


Dünya 31 Avq 2019 20:45:00 288 0

Zelenskinin adından külli miqdarda rüşvət alanlar tutuldu

Ukrayna Prezidenti Vladimir Zelenskinin komandası adından külli miqdarda rüşvət alan şəxslər həbs edilib.

Son.az Virtualaz.org-a istinadən bildirir ki, bu barədə Prezident Ofisinin rəhbəri Andrey Boqdan məlumat verib.

Onun sözlərinə görə, Hərbi Prokurorluğun və Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları kimisə vəzifəyə təyin etmək adı ilə 570 min dollar tələb edən iki nəfəri həbs edib.

Onlar guya bu məbləğ müqabilində aldadılan şəxsi "Ukroboronprome"nin rəhbəri təyin edəcəkdilər.

A.Boqdan bildirib ki, dələduzluqla məşğul olanların sayı dörd nəfər ola bilər.