Murad Dadaşovdan Bəhram Bağırzadəyə əcaib təbrik: "Səni istəməyənin... "


Şou-biznes 31 Avq 2019 20:04:00 255 0

Murad Dadaşovdan Bəhram Bağırzadəyə əcaib təbrik: "Səni istəməyənin... "

Azərbaycanın Xalq artisti Murad Dadaşov Əməkdar artist Bəhram Bağırzadəni əcaib formada təbrik edib. 

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, o, təbrikini video şəklində öz "Instagram" səhifəsində paylaşıb.

"Bəhram, ürəkdən təbrik edirəm xoşbəxt ol. Sağlam ol, var ol, çox ol. Allah qismət eləsin uşaqların toyunda məclisi sən idarə edəsən. Girəsən öz gözəl qamətinlə və çıxanda ardınca bütün qonaqlar çıxıb getsin. Səni çox istəyirik. Səni istəməyənin atasına lənət".

Sual doğuran məqamlardan biri də Bəhram Bağırzadənin tez təbrik olunmasıdır. Belə ki, B. Bağırzadənin doğum günü sentyabrın 4-dədir.

Qeyd edək ki, Murad Dadaşov və Bəhram Bağırzadə uzun illər birlikdə "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun üzvü kimi fəaliyyət göstərib. 2000-ci ildə isə "Bakılı oğlanlar" komandası "XX əsrin çempionları" tituluna sahib olub.

(adsgarden = window.adsgarden || []).push({});