Qadın yazıçı Kəmal Sunalı təhqir etdi


Dünya 31 Avq 2019 17:42:00 216 0

Qadın yazıçı Kəmal Sunalı təhqir etdi

Türkiyənin "Şaban" ləqəbilə məşhurlaşan aktyoru Kemal Sunal barədə təhqiramiz ifadələr işlədən və sərt tənqid edən yazıçı böyük müzakirələrə səbəb olub.

Son.az baku.ws-ə istinadən bildirir ki, Türkiyənin tanınmış yazıçısı Cemile Bayraktar "Şaban"ın filmləri barədə xoşa gəlməyə ifadələr işlədib. Yazıçı bildirib ki, Kemal Sunalın bütün filmləri insanların tərbiyəsini və mənəviyyatını pozur.

"K.Sunalın bütün filmləri insanların beynini pozur. Cəmiyyətdə tərbiyəsizliyi yayır, əxlaqsızlığı təbliğ edir", - deyə yazar bildirib.

Onun bu ifadələri Türkiyədə böyük etirazlara səbəb olub. Tanınmış ulduzlardan tutmuş sadə xalqa qədər hər kəs yazıçını tənqid edib. K.Sunalı təhqir etdiyinə görə Cemile Bayraktarı sosial şəbəkələrdə nalayiq sözlərlər söyüblər.

Yazıçı bu barədə çaşqınlıq yaşadığını bildirib və bununla bağlı polisə şikayət edəcəyini vurğulayıb.

(adsgarden = window.adsgarden || []).push({});