Körfəzdə gəmi böhran böyüyür


Dünya 31 Avq 2019 17:48:00 240 0

Körfəzdə gəmi böhran böyüyür

ABŞ hökuməti İran İnqilab Keşikçiləri Korpusuna qarşı tətbiq olunan sanksiyaları pozduğunu əsas gətirərək Panama bayrağı ilə üzən "Adrian Darya-1" adlı İran gəmisini sanksiya tətbiq edilən siyahıya salıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi yazılı açıqlamasında qeyd edib ki, gəmi İran İnqilab Keşikçiləri Korpusunun "Qüds gücü" briqadasına neft daşıyır.

Tankerdə olan 2,1 milyon barel İran nefti ABŞ-ın sanksiya siyahısında olan İnqilab Keşikçiləri Korpusuna dəstək məqsədilə daşındığı üçün blok edilir.

ABŞ dövlət katibi Mayk Pompeo bildirib ki, İran xarici işlər naziri Cavad Zərif "Adrian Darya-1" gəmisinin Suriyaya getmədiyi haqda İngiltərəyə qarantiya verib: "Biz tankerin Suriyaya, Tatus limanına getdiyinə dair əsaslı informasiyaya sahibik".